AZ

LDU-da Heydər Əliyev anılıb

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Lənkəran Dövlət Universitetində (LDU) silsilə tədbirlərlə qeyd edilib.

AzEdu.az xəbər verir ki, LDU-nun Akt zalında keçirilən “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” adlı tədbirin iştirakçıları ilk öncə ulu öndərin və torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Tədbiri giriş sözü ilə LDU-nun Tədris məsələləri üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov açaraq ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan və fəaliyyətindən danışıb, ümummilli liderin Azərbaycanın müstəqillik qazanmasında, ölkənin ictimai-siyasi, iqtisadi və digər mühüm sahələrinin inkişafındakı əvəzsiz rolundan bəhs edib, təhsil sahəsinin inkişafına göstərdiyi qayğıdan konkret faktlar əsasında söz açıb.

Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dos.Kamal Mahmudov “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur”, sözügedən kafedranın dosentləri Emin Məlikov “Ulu öndər H. Əliyevin dövründə Lənkəran bölgəsinin sosial-iqtisadi inkişafı”, Müşfiq Bayramov “Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir tarixində yeri” mövzularında məruzə ediblər. Məruzələrdə qeyd edilib ki, Heydər Əliyev Azərbaycanın ən yeni tarixinə imzasını atan böyük tarixi şəxsiyyət və qüdrətli dövlət xadimidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider dünyanın böyük güclərinin maraqlarının toqquşduğu bir şəraitdə fövqəladə missiyanı öz üzərinə götürərək Azərbaycanın müstəqilliyinə yönələn təhlükələri aradan qaldırıb, uzaqgörənliyi, müdrikliyi və zəkası ilə vətəndaş müharibəsinin qarşısını alıb, müasir dövlətçilik sisteminin əsaslarını yaradıb, Azərbaycanın müstəqilliyini dönməz və əbədi edib

Qeyd edək ki, bu gün LDU-da keçirilən dərslərdə H. Əliyevin həyat və fəaliyyətindən ətraflı söz açılıb. Həmçinin universitetin Elmi kitabxanasında H. Əliyevin əsərlərindən və ona həsr edilmiş kitablardan ibarət sərgi təşkil olunub.

Seçilən
20
azedu.az

1Mənbələr