AZ

Sumqayıt Araz Naxçıvan a qarşı

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının 31-ci turunun ikinci oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı komandası "doğma divarlar" arasında "Araz-Naxçıvan"ı qəbul edir.

Hər iki komanda üçün bu oyun formal xarakter daşıyır. Yeganə istisna hal kimi kimin mövsümü daha üst pillədə başa vurmasını qabartmaq olar. Hazırda aktivində 40 xal olan naxçıvanlılar turnir cədvəlinin 6-cı, "kimyaçılar" isə 38 xalla 7-ci pilləsində qərarlaşıb. Meydan sahibləri bu gün qalib gələcəyi halda "qırmızı-ağlar"la turnir cədvəlində yerini dəyişəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək "Turan Tovuz" - "Karvan-Yevlax", "Neftçi" - "Şamaxı" matçları ilə yekun vurulacaq.

Misli Premyer Liqası

III dövrə, XXXI tur

19:30. "Sumqayıt" - "Araz-Naxçıvan"

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid CəlilovVAR: Kamal UmudluAVAR: Vüsal MəmmədovHakim-inspektor: Anar SalmanovAFFA nümayəndəsi: Namiq ƏliyevSumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
sport24.az

1Mənbələr