AZ

Ölüm zonası: Hərbçiləri robotlar əvəz edir

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna 2026-cı ilin birinci yarısında 25.000 yerüstü robot istehsal etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Teleqraf” məlumat yayıb.

Nəşr qeyd edib ki, bu texnika artıq “ölüm zonası” adlandırılan ərazilərdə insanları əvəz edərək rekord sayda missiya yerinə yetirir. Belə ki, yerüstü robotlar yaralıların təxliyəsi, düşmənin atəşə tutulması və minaların yerləşdirilməsi kimi müxtəlif tapşırıqları yerinə yetirir. Hətta komandirlər robotları “yeni süvari qüvvəsi” adlandırırlar. Çünki bu texnikalar daha öncə əsgərlərin həyatı bahasına olan tapşırıqları bir neçə dəqiqə ərzində icra edir.

Bundan əlavə, “K-2” briqadasının yerüstü robot kompleksləri batalyonunun komandiri Aleksandr Afanasyevin fikrincə, robotların geniş tətbiqinin əsas məqsədi döyüşçülərin həyatını xilas etməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
2
axar.az

3Mənbələr