Rusiya İrana Yaxın Şərqdəki Amerika qüvvələrinə qarşı istifadə edilə biləcək böyük miqdarda müasir dron təklif edib.
Bu barədə “The Economist” jurnalının əldə etdiyi məxfi sənəddə deyilir.
Təklifin Rusiyanın hərbi kəşfiyyat agentliyi olan QRU tərəfindən hazırlandığı iddia edilir. Sənəddə elektron əks tədbirlərə davamlı olan 5000-ə qədər fiber-optik dronların İrana mümkün təhvil verilməsindən bəhs olunur. Bu cür dronlar artıq Rusiyanın Ukraynaya qarşı müharibəsində istifadə olunur.
Uzaq mənzilli peyklə idarə olunan dronlar, eləcə də İran operatorlarının hər iki növ avadanlığı idarə etmək üçün təlim keçməsi də qeyd olunur.
//Samir Qurbanov, Editor.az