AZ

ÜST rəhbəri gəmidə hantavirusa kütləvi yoluxma səbəbindən Kanar adalarına gedəcək

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus "Andes" ştamı hantavirusunun yayıldığı "MV Hondius" gəmisindən sərnişinlərin təxliyəsini əlaqələndirmək üçün Kanar adalarına gedəcək.

"Far.Az"un xəbərinə görə, bu barədə AFP xəbər agentliyi İspaniya Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, Qebreyesus İspaniyanın səhiyyə və daxili işlər nazirlərini Tenerifedəki komanda mərkəzində müşayiət edəcək.

Qebreyesus orada qurumlararası koordinasiya, sanitar nəzarət, müşahidə protokollarının reallaşdırılması və vəziyyətə reaksiya məsələlərində iştirak edəcək.

Seçilən
158
far.az

1Mənbələr