Rusiyanın media təşkilatlarından biri beynəlxalq jurnalist şəbəkəsindən rəsmən uzaqlaşdırılıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya Jurnalistlər İttifaqı beynəlxalq jurnalist təşkilatı olan Beynəlxalq Jurnalistlər Federasiyasının tərkibindən tamamilə çıxarılıb.
Qərarın əsas səbəbi kimi 2022-ci ildə Ukraynanın işğal olunmuş Zaporojye və Xerson vilayətlərində Rusiya Jurnalistlər İttifaqının regional bölmələrinin yaradılması göstərilib.
Qeyd olunur ki, qərar federasiya daxilində uzun müddət davam edən müzakirələrdən sonra yekunlaşdırılıb.
Brüsseldə yerləşən Beynəlxalq Jurnalistlər Federasiyası 1926-cı ildə yaradılıb və dünyanın ən böyük media təşkilatlarından biri hesab olunur.
Hazırda federasiyanın tərkibində 140-dan çox ölkədən 187 media və jurnalist təşkilatı fəaliyyət göstərir.
Musavat.com