AZ

“Real” Mourinyonu qaytarır – Danışıqlar başlayıb 

“Real” rəhbərliyi Joze Mourinyonu yenidən komandaya qaytarmaq üçün hərəkətə keçib.

İdmanxeber.az-ın məlumatınagörə, Madrid klubunun nümayəndələri həftənin əvvəlində portuqaliyalı mütəxəssisin ətrafı ilə görüş keçirib və tərəflər arasında birbaşa əlaqə də baş tutub. Klubun baş direktoru Xose Anxel Sançesin Mourinyonun namizədliyini ən çox dəstəkləyən şəxs olduğu bildirilir.

63 yaşlı çalışdırıcı “Real”a qayıtmağa hazır olsa da, transferlər üzərində tam nəzarət və geniş səlahiyyət tələb edir.

Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə Madrid təmsilçisini çalışdırıb. O, bu müddətdə komanda ilə İspaniya çempionluğu, ölkə kuboku və Superkuboku qazanıb.

Hazırda Joze Mourinyo 2025-ci ilin sentyabrından etibarən “Benfika”nın baş məşqçisidir.

Seçilən
17
idmanxeber.az

1Mənbələr