AZ

Baş Prokurorluqda Ulu öndərin xatirəsinə ehtiram

Mayın 8-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Baş prokuror Kamran Əliyev çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi müasir Azərbaycan dövlətçiliyinin əsas ideoloji dayaqlarından biri olmaqla ölkənin inkişaf strategiyasını müəyyən edən fundamental prinsipləri özündə ehtiva edir. Qeyd olunub ki, Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində ölkədə sabitlik, qanunçuluq və milli maraqlara əsaslanan idarəetmə sistemi formalaşıb, iqtisadi, sosial və mədəni inkişafın möhkəm təməli yaradılıb.

Baş prokuror qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə Ulu öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün uğurla davam etdirilir, xüsusilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri icra olunur.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə tikinti, şəhərsalma və memarlıq sahələrində həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri, ölkənin sosial və infrastruktur inkişafına xidmət edən layihələr, həmçinin Azərbaycanın memarlıq simasının formalaşdırılması istiqamətində görülmüş tədbirlər barədə ətraflı məlumat verib.

Sonda Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan “Qurulan gələcək” sənədli filmi nümayiş etdirilib.

XQ

Seçilən
19
4
xalqqazeti.az

5Mənbələr