AZ

İTV-nin baş direktoru olmaq istəyənlərin siyahısı açıqlandı

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulu başa çatıb.
Audiovizual Şuradan BUTA.TV-a verilən xəbərə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə aşağıda adları sadalanan 11 nəfər iddiaçı sənədlərini Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim edib: Əhmədov Ayxan Əbdül Kərim oğlu Əzimov Tural Qürbət oğlu Məmmədzadə Tural Sahib oğlu Qulamov Arzu Aydın oğlu Baxşıyeva İlhamə Rafiq qızı Məmmədov Fikrət Alı oğlu Qasımov Balakişi Ələkbər oğlu Şahsuvarov Taleh Novruz oğlu Nağıyev Anar Əlişah oğlu Əliyeva İlahə Xudu qızı Cəfərov Əli Sucəddin oğlu Bildirilib ki, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin sənədləri Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunacaq. Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilir. Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin may ayının sonunda keçiriləcək.

Xatırladaq ki, İTV-nin baş direktoru Balakişi Qasımovdur.

Seçilən
16
28
buta.tv

10Mənbələr