AZ

Son bir ayda ən çox hansı qida məhsulları bahalaşıb?

Qlobal ərzaq qiymətləri indeksi aprel ayında artıb.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Bildirilib ki, apreldə qlobal ərzaq qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,6 faiz, illik müqayisədə isə 2 faiz artıb. İndeksdəki artım əsasən bitki yağı qiymətlərinin kəskin bahalaşması ilə əlaqədardır. Hörmüz boğazı böhranı ilə əlaqəli fasilələr səbəbindən taxıl və düyü qiymətlərinin bahalaşması da indeksin artımına səbəb olub. Şəkər və süd məhsullarının azalması indeksdəki artıma qismən təsir göstərə bilib. Ötən ay taxılın qiymət indeksi aylıq müqayisədə 0,8 faiz, illik əsasda 0,4 faiz, o cümlədən buğda qiymətləri 0,8 faiz, qarğıdalı qiymətləri 0,7 faiz, düyünün qiyməti isə 1,9 faiz artıb.

Seçilən
10
publika.az

1Mənbələr