AZ

"Rusiya Almaniyanın əsas düşməni elan edilib"

Rusiya, Almaniya hakimiyyətinin onu ölkənin əsas təhlükəsi elan etməsindən məyusdur.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev bildirib.

"Biz, əlbəttə ki, Almaniyanın siyasi elitasının məhz bu baxışlara sahib olmasından olduqca məyusuq. Bu, çox kədərlidir. Biz həqiqətən də əsas düşmən, əsas təhlükə elan edilmişik", - deyə diplomat təəssüfünü ifadə edib.

Aprelin 22-də Almaniya Müdafiə Nazirliyi silahlı qüvvələrin 2039-cu ilə qədər olan inkişaf strategiyasını - "Avropa üçün məsuliyyət" sənədini açıqlayıb. Həmin sənəddə Rusiya "əsas təhlükə" elan olunub.

Mayın 8-də isə Almaniya kansleri Fridrix Mers həmvətənlərini nasist rejimindən azad olunmağın 81-ci ildönümü münasibətilə təbrik etsə də, qələbədə Sovet İttifaqının həlledici töhfəsini qeyd etməyib.

Xədicə BAXIŞLI

Seçilən
24
1
redaktor.az

2Mənbələr