AZ

​İkardi üçün milyonlardan keçməyə hazırdırlar

Türkiyə 1-ci Liqasını uğurla başa vuraraq Super Liqaya vəsiqə qazanan “Amidspor” transfer çalışmalarına sürətlə başlayıb. Yerli mətbuatın yaydığı məlumata görə, klub rəhbərliyi heyəti gücləndirmək üçün diqqətini tanınmış futbolçulara yönəldib. Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, Diyarbəkir təmsilçisi “Qalatasaray”ın argentinalı ulduzu Mauro İkardini heyətinə qatmaqda israrlı görünür. Klubun təcrübəli hücumçunun transferi üçün kisənin ağzını açdığı iddia olunur. Hətta yerli iş adamları da prosesə qoşulub. Onlar 33 yaşlı qolçu üçün milyonlarından keçməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Mauro İkardinin “Qalatasaray”dakı gələcəyi ilə bağlı rəsmi qərar verilməyib.

Seçilən
14
metbuat.az

1Mənbələr