AZ

Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

Avropa Birliyi mayın 11-də Rusiyaya qarşı yeni fərdi sanksiyalar paketinin qəbulunu planlaşdırır. Sanksiyaların, Avropa siyasətçilərinin “qanunsuz deportasiya” adlandırdığı, müharibə zonasından uşaqların çıxarılması ilə əlaqədar tətbiq ediləcəyi bildirilir.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, Brüsseldəki mənbələrin məlumatına əsasən, Aİ xarici işlər nazirləri bazar ertəsi Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyəcəklər.

Məlumata görə, sanksiyalar Avropa ölkələrində yerləşən bank aktivlərinin dondurulmasını, həmçinin Aİ ölkələrinə giriş qadağasını əhatə edəcək.

Xəbərdə qeyd olunur ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Ukrayna ilə bağlı çıxışlarında Rusiya tərəfindən aparıldığı iddia edilən minlərlə ukraynalı uşaq məsələsinə dəfələrlə toxunub.

// Gülnarə Abasova, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr