AZ

“Slavneft YANOS” neft emalı zavodu yanır

Rusiyanın “Astra” onlayn nəşrinin məlumatına görə, 8 may gecəsi Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavoduna dronlar hücum edib.

OSINT-in yerli sakinlər tərəfindən çəkilmiş video görüntülərin təhlilinə görə, zərbələr nəticəsində “Slavneft YANOS” neft emalı zavodu yanmağa başlayıb.

Ukrayna Prezidenti Vladimir Zelenski neft emalı zavoduna uğurlu hücumu təsdiqləyərək, hədəfin Ukrayna sərhədindən 700 km məsafədə yerləşdiyini qeyd edib. Bu, karbohidrogen emalı həcminə görə Rusiyanın ən böyük beş neft emalı zavodundan biridir.

//Samir Qurbanov, Editor.az 

Seçilən
19
editor.az

1Mənbələr