ain.az bildirir, Demokrat.az portalına istinadən.
Lənkəranda 25 yaşlı oğlan həmkəndlisinə xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 13-də rayonun kəndlərindən birində baş verib. 2001-ci il təvəllüdlü Fəqan həmin gün axşam saat 21 radələrində Lənkəran rayonunun kəndində yerləşən yaşadığı evin qarşısında olarkən əvvəllər aralarında münaqişələri olduğuna görə münasibət saxlamadığı həmkəndlisi Vahid (adlar şərtidir – red.) küçə ilə piyada yeriyərək onun qarşısından keçdiyi vaxt ona yeriş tərzinə iradını bildirib. Bununla əlaqədar aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən yumruğu ilə Vahidin burun və sol göz nahiyələrinə zərbələr vurub. İş üzrə ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Lənkəran rayonunun kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır:“Zərərçəkmiş Vahid mənim həmkəndlimdir. Vahid ilə təxminən 2-3 ildir ki, aramızda narazılıq var. 2 il bundan əvvəl Vahid atam Fərmanın mağazasına gəldi, aralarında mübahisə oldu. Vahid atamı təhqir etməyə başladı. Həmin vaxt aramızda münaqişə baş verdi. Vahid bizi polisə verdi və polisdə araşdırma aparıldı. Araşdırma nəticəsində atam 10 gün inzibati qaydada həbs edildi. Bu hadisədən sonra aramızda narazılıq yarandı və bir-birimizi danışdırmadıq”. Təqsirləndirilən şəxs deyib ki, iki ildən sonra, yəni 2025-ci ilin mayın 13-də, saat 21 radələrində Vahid həmkəndlisi Rufiz ilə birlikdə onun evinin qarşısından keçib:“Bu zaman Vahid gözlərimin içinə baxaraq guya özünü göstərirmiş kimi, yəni əllərini aralayaraq “lotu”ymuş kimi yeridi. Vahid gözlərimin içinə tərs-tərs baxdı. Buna görə də Vahidə “bir az düzgün yeri” dedim. O, yenə də öz hərəkətlərinə davam etdi və bunu bir neçə dəfə təkrarlaydı. Buna görə də ona düzgün yeriməsini bildirdim. Bunu dedikdən sonra Vahid arxaya çevrilərək əxlaqsız ifadələrlə irad tutanın kim olduğunu söylədi, məni təhqir etdi. Vahid məni təhqir etdiyinə görə onun üstünə getdim. O, da mənim üzərimə hücum etdi. Bir-birimizlə dalaşmağa başladıq. Vahidlə əlbəyaxa olduq. Əlbəyaxa zamanı bir-birimizə yumruq və təpiklə zərbələri vurduq. Zərbələrim Vahidə dəymədi. Lakin sağ əlim ilə vurduğum bir yumruq zərbəsi onun sol göz nahiyəsinə dəydi”. Fəqanın sözlərinə görə, daha sonra atası Fərman qardaşı İlqar ilə birlikdə dərhal yanına gəlib və onları ayırmağa başlayıblar: “Atam məni, qardaşım İlqar isə Vahidi ayırmağa başladı. Bunun nəticəsində biz bir-birimizdən ayrıldıq. Atam Vahidi yola saldı ki, getsin. Vahidin burnundan qan axdı. Hadisə yerindən uzaqlaşdıq. Vahidin yanında olan Rufiz isə bizi ayırmağa köməklik etmədi. Vahidin göstərdikləri həqiqəti əks etdirmir. O, özü məni təhqir etdiyinə görə aramızda mübahisə yarandı və qarşılıqlı olaraq dalaşdıq. Atam və qardaşım bizi ayırdılar. Həmin vaxt qardaşım Vahidə heç bir xəsarət yetirməyib”. Lənkəran Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5-ci hissəsinin 1-ci bəndinə əsasən xitam verilib. O, həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilib.Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinə Cinayət-Prosessual Məcəllənin 156.4-cü maddəsinə əsasən xitam verilib.Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.