AZ

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu



Masallı rayonu ərazisində "Vaz 21074" markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisləri ona “saxla” işarəsi veriblər.

Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Ə.Səfərlinin narkotik vasitədən istifadə etdiyinə də şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyənləşib.

Məhkəmənin qərarı ilə Ə.Səfərli 15 gün müddətinə inzibati qaydada həbs olunub.

ZÜMRÜD

Seçilən
1
5
baki-xeber.com

6Mənbələr