Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakıda yetkinlik yaşına çatmayan şəxsin avtomobil idarə etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, videogörüntü “TikTok” sosial platformasında paylaşılıb. Kadrlarda azyaşlının 90-VP-595 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobili məhəllədaxili yolda idarə etdiyi əks olunub.
Paylaşılan görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Onlar azyaşlının sükan arxasına keçməsinin qanunvericiliyə zidd olduğunu bildirərək, videonun ictimailəşdirilməsini tənqid ediblər.
Yeniyetmə isə cavabında atasının onun yanında olduğunu vurğulayaraq videonu silməyəcəyini bildirib.
İddialara görə, görüntülər paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.