Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 8 may, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs olunmuş şəxslər üçün həyata keçirilən pulsuz hüquqi yardım və maarifləndirmə işi davam etdirilir.
Bu barədə AZƏRTAC-a Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, növbəti dəfə “Pro Bono” Vəkil Bürosunun vəkilləri 9 saylı cəzaçəkmə müəssisəsində və İxtisaslaşdırılmış müalicə müəssisəsində ümumilikdə 25 nəfər məhkumun müraciətlərini dinləyib, onlara müxtəlif hüquqi məsələlər ətrafında izahat verib və sualları cavablandırıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.