AZ

Canlı yayımda özünə hörmət qoy sözünə görə dava düşdü Yeniyetmə cəzalandırıldı

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qusar rayonunda 16 yaşlı oğlan həmyerlisinə xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 26-da rayonun Yasab kəndində baş verib. 2010-cu il təvəllüdlü Tahir həmin gün saat 19 radələrində kənddə yerləşən həmin kənd sakini Sahibə məxsus ərzaq mağazasının yan tərəfində Zaur ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zəminində heç bir əsaslı səbəb olmadan Zaurun sifət nahiyəsinə bir dəfə yumruqla və bel-çiyin nahiyəsinə bir dəfə təpiklə vurub. İş üzrə izahat verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, iyulun 26-da, saat 18 radələrində əkin sahəsindən evə gəlib və atasından icazə aldıqdan sonra dostlarının yanına gedib:“Bu zaman əvvəllər qiyabi olaraq tanıdığım Zaur özünə məxsus səhifədən “Tik-tok” sosial şəbəkəsi vasitəsi ilə canlı yayım açdığını gördüm və zarafatla “özünə hörmət qoy” sözləri ilə rəy yazdım”. Tahir qeyd edib ki, daha sonra olduğu yerə Camal, Eldar və iki nəfər tanımadığı şəxs yaxınlaşıblar:“Mən Camalın mobil telefonunu götürərək Zaura zəng vurdum və yazdığım ifadəni səhv başa düşməməsini bildirsəm də, Zaurun bu sözlərimə güldüyünü gördüm. Bundan sonra əsəbləşərək telefonu söndürdüm”.Tahirin ifadəsinə görə, daha sonra Zaur Camalın telefonuna zəng vurub və onun olduğu yeri öyrənərək bir qədər sonra ora gələcəyini bildirib:“Bir neçə dəqiqədən sonra həqiqətən də Sahib adlı şəxsin mağazasının yanına gəldim. Orada 2-3 dəqiqə aralarında mübahisə oldu və bu zaman Zaur mənə qarşı nalayiq ifadələr işlətdiyinə görə sağ əlim ilə onun sol göz nahiyəsinə bir yumruq zərbəsi endirdim. Bu zərbədən Zaur yerə yıxıldı. Mən isə ona yaxınlaşaraq sinəsindən tutdum, bel və çiyin nahiyəsinə təpiklə zərbə endirdim. Bundan sonra Zauru evinə yola saldım və özüm də getdim”. Zərərçəkmiş Zaurun sözlərinə görə, 2025-ci ilin iyulun 26-da, saat 18:30-da özünün “Tik-tok” sosial şəbəkəsində istifadəsində olan “Zako” adlı səhifəsindən canlı yayım yaradıb və Bakı şəhərində yaşayan sinif yoldaşları ilə söhbətləşdiyi zaman bir nəfər tanımadığı şəxs onun yayımını izləyib:“Lakin aramızda mübahisə yaranmadı. Təxminən 20 dəqiqə sonra mənim mobil telefonuma votsap sosial şəbəkəsi vasitəsilə Camal adlı dostumdan zəng gəldi. O, məni gəzməyə dəvət etdi və kənddəki marketin yanına çağırdı. Telefonunu gec açmağım, eləcə də bu zaman gülməyim dostumun yanında olan Tahirin xoşuna gəlmədi. O, telefonda aqressiv şəkildə məni çölə çağırdı. Təxminən 10 dəqiqədən sonra onların yanına gəldim. Bu zaman Tahir mənimlə aqressiv davranaraq, nalayiq sözlər işlətməyə başladı. Mən onun bu sözlərinə reaksiya verməyərək getdim”.Zərərçəkmiş qeyd edib ki, Tahirin təkidi ilə 2-3 dəqiqə sonra həmin yerə qayıdıb: “Bu zaman Tahir qəfildən göz nahiyəmə yumruq zərbəsi vurdu. Mən zərbənin təsirindən huşumu itirərək yerə yıxıldım. Bundan sonra iki şəxsin köməyi ilə evimə getdim”. Qusar Rayon Məhkəməsinin hökmü ilə Tahir 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün yaşadığı evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi, həmçinin Qusar rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Bundan başqa, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
demokrat.az

1Mənbələr