AZ

Vergi Xidmətinin rəis müavini vətəndaşların müraciətlərini dinləyib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini İlkin Vəliyev Qəbələ, İsmayıllı və Oğuz rayonlarının sakinlərini videoformatda qəbul edib.

DVX-dən AZƏRTAC-a bildirilib ki, qəbulda iştirak edən vətəndaşlar vergi öhdəliklərinin icrası, vergi orqanlarına işə qəbul və kadr məsələləri ilə bağlı müraciət ediblər.

Dövlət Vergi Xidmətinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahatlar verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
4
azertag.az

6Mənbələr