Fanat saytına istinadən ain.az xəbər verir.
"Barselona"nın hücumçusu Rafinya yayda Kataloniya klubundan ayrılacağı ilə bağlı şaiyələrə kəskin reaksiya bildirib.
Fanat.Az xəbər verir ki, ESPN braziliyalı futbolçunun açıqlamasını belə təqdim edib:
"Barselona"ya qoşulduğum ilk gündən bəri klubdan ayrılmağımla bağlı şayiələr gəzir. Düşünürəm ki, insanlar məni burada görməkdən xoşlanmırlar. Xüsusilə də mətbuat... Yalnız yalan danışan bir jurnalist var. O, klub rəhbərliyi ilə qalıb-qalmayacağımı müzakirə etmək üçün görüşdüyümü iddia etdi. Bu adam sadəcə yalan danışır. Hər dəfə uydurma xəbər dərc edir. Ağzından çıxan hər şey həmişə tamamilə absurd olur".
Rafinya bu mövsüm bütün turnirlərdə 31 oyunda iştirak edib, 19 qol vurub və 8 məhsuldar ötürmə edib.
Mirağa
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.