AZ

“Sabah”la oyunda baş verənlərə görə “Qarabağ” və oyunçusu cərimələndi

“Qarabağ”ın futbolçusu Marko Yankoviçə ciddi cəza verilib.

Heftelik.az  xəbər verir ki, bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.

Buna yarımmüdafiəçinin Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Sabah”la matçında etdikləri səbəb olub.

O, hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığına, dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hakimə hədə-qorxu gəldiyinə görə 8 matç oyuna buraxılmayacaq.

“Qarabağ” isə 25 500 manat cərimə edilib.

Seçilən
1
6
heftelik.az

7Mənbələr