AZ

İstanbul bələdiyyəsində əməliyyat: onlarla insan saxlanılıb

ain.az bildirir, Ayna portalına istinadən.

Həbslər hazırda həbsdə olan İBB başqanı Əkrəm İmamoğlu ilə bağlı istintaqla əlaqədardır

İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) korrupsiya istintaqı çərçivəsində tender saxtakarlığı ittihamı ilə iyirmi doqquz şübhəli həbs edilib.

AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, İstanbul Prokurorluğunun məlumatına görə, bələdiyyə daxilində fəaliyyət göstərən "Ağaç ve Peyzaj A.Ş." şirkəti vasitəsilə tender saxtakarlığı üçün qanunsuz bir sistem yaradılıb.

İstanbul Prokurorluğunun açıqlamasında bildirilib ki, həbslər hazırda həbsdə olan İBB başqanı Əkrəm İmamoğlu ilə bağlı istintaqla əlaqədardır. Həbs olunanlar arasında bələdiyyənin baş katibinin müavini Oktay Özel və Parklar və Bağlar direktoru Tuğba Ölməz Hancı da var.

İstintaq 30 nəfəri əhatə edir. Onlardan biri xaricdə olduğu üçün saxlanılmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
ayna.az

1Mənbələr