AZ

"Sərfəli və məni həvəsləndirəcək təklif olarsa, Azərbaycanda işləyərəm"

Rumıniyalı futbol mütəxəssisi Marius Şumuditsa Azərbaycanda işləməyə müsbət yanaşır.

Sportal.az xəbər verir ki, bu barədə 55 yaşlı çalışdırıcı "AZƏRTAC"a özü məlumat verib.

O, yaxın vaxtlarda Azərbaycandan rəsmi təklif almadığını bildirib:

"Sərfəli və məni həvəsləndirəcək təklif olarsa, Azərbaycanda işləyə bilərəm. Hazırda isə mənim üçün prioritet Türkiyəyə qayıdaraq orada fəaliyyət göstərməkdir".

Vaxtilə adı “Neftçi” ilə hallanan Marius Şumuditsa Türkiyənin “Qaziantep” “Rizəspor” “Yeni Malatyaspor” komandalarını çalışdırıb.

saytlarin hazirlanmasi

Seçilən
0
2
sportal.az

3Mənbələr