Ayna saytına istinadən ain.az xəbər verir.
Köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim edilib
Xocavənd şəhərinə növbəti köç olub. AYNA.AZ xəbər verir ki, bu mərhələdə şəhərə 206 nəfərdən ibarət 57 ailə köçürülüb. Ailələrə yeni mənzillərin açarları təqdim olunub.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bu gün Ağdama da köç olub. Ağdam şəhərinə köçürülən 156 nəfərdən ibarət 41 ailəyə yeni mənzillərin açarları təqdim olunub.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.