AZ

ABŞ iraqlı məmuru İrana sanksiyalardan yayınmağa şərait yaratmaqda ittiham edir

Qahirə, 8 may, AZƏRTAC

ABŞ İraqın neft nazirinin müavini Əli Məaric əl-Bəhədlini İrana sanksiyalardan yayınmağa şərait yaratmaqda ittiham edib. ABŞ Maliyyə Nazirliyi İraq rəsmisini sanksiya siyahısına salıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Vaşinqton son vaxtlar Tehranla əlaqədə olduğu iddia edilən silahlı qrupların tərksilah olunması üçün Bağdada təzyiqləri artırıb. Bu kontekstdə rəsmi Vaşinqton əl-Bəhədlini İran neftini İraq nefti ilə qarışdırmaq yolu ilə dələduzluq sxemi qurmaqda və bununla Tehranın ABŞ sanksiyalarından yayınmasına yardım etməkdə ittiham edib.

Öz növbəsində, İraqın Neft Nazirliyi yaydığı bəyanatda ittihamları rədd edərək bütün məsələlərə şəffaflıq, məsuliyyət və sübutlar əsasında yanaşılmasının vacibliyini vurğulayıb. Nazirlik məsələ ilə bağlı araşdırma aparmağa hazır olduğunu bildirsə də, xam neftin ixracı, marketinqi, tanker yükləmələri və bununla bağlı prosedurların Əli Məaric əl-Bəhədlinin səlahiyyətlərinə daxil olmadığını qeyd edib.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Seçilən
1
2
azertag.az

3Mənbələr