Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 8 may, AZƏRTAC
Biz hər il bu turniri təşkil edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Neftçi"nin keçmiş futbolçusu Oqtay Abdullayev Bakı Tennis Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş veteranlar arasında minifutbol turniri barədə danışarkən deyib.
O, bu il komanda sayının artdığını bildirib: "Gənclər və idman naziri Fərid Qayıbov da turnirin təşkili üçün yüksək səviyyədə kömək göstərdi. Yarışda veteran futbolçular, jurnalistlər və digər sahənin əməkdaşları mübarizə aparırdılar. Biz Ulu Öndər Heydər Əliyevin sayəsində hazırda yaxşı şəraitdə yaşayırıq. Onun idmana qayğısı hər zaman yüksək olub. İdmana marağı olanlar, həmçinin də onun xatirəsi üçün bu yarışa gəlib baxanlar var. İnşallah, mayın 10-da veteranlarla yığışıb Ulu Öndərin məzarını ziyarət edəcəyik".
Müxbir - Cavid Əliyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.