AZ

Azərbaycanın çimərlik güləşi yığması yeni mövsümə Vyetnamda start verir

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 8 may, AZƏRTAC

Mayın 9-10-da Vyetnamın Dananq şəhərində böyüklər arasında Dünya Seriyasının ilk mərhələsi keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, kişilərin yarışında 4 çəki üzrə 14 ölkədən 40 idmançının iştirakı nəzərdə tutulur. Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Dünya Seriyasında ölkəmizi Rübail İbrahimli (70 kiloqram), Vüsal Əliyev, Sahib Dadaşov (hər ikisi 80 kiloqram) və Əşrəf Aşırov (90 kiloqram) təmsil edəcəklər.

Sabah qrup mərhələsinin ilk 2 turu baş tutacaq. Növbəti gün isə sonuncu tur, yarımfinal və medal görüşləri keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
3
azertag.az

3Mənbələr