AZ

İtaliyadakı ABŞ Hərbi Dəniz Bazasında təhlükəli radon səviyyəsi aşkarlanıb



İtaliyanın Neapol şəhərində yerləşən ən böyük ABŞ Hərbi Dəniz Bazasında icazə verilən hədləri aşan radon səviyyəsi aşkar edilib.

Newscenter.az xəbər verir ki. bu barədə Stars and Stripes nəşri məlumat yayıb. Nəşr hərbi hissənin komandanlığına istinadən bildirib ki, təhlükəli səviyyələr, digər yerlərdə olduğu kimi, bazada yerləşən məktəbin dəhlizində, soyunma otağında və müəllimlər üçün istirahət otağında da aşkar edilib.

Testlər zamanı qaz konsentrasiyasının litr havada 4 ilə 12,1 pikokuri arasında dəyişdiyi məlum olub. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatına görə, 4 pikokuridən yuxarı konsentrasiyalar təhlükəli hesab edilir.

Qeyd edək ki, radon uranın parçalanması zamanı əmələ gələn təbii şəkildə yaranan radioaktiv qazdır. Bütün süxurlarda və torpaqlarda mövcuddur. Bu rəngsiz, qoxusuz qaz yaşayış binaları kimi qapalı havada yüksək konsentrasiyalarda mövcud ola bilər. Ağciyər xərçənginə səbəb olduğu bildirilir.

Anar
Seçilən
18
1
newscenter.az

2Mənbələr