AZ

İran Oman körfəzində "Ocean Koi" tankerini saxlayıb

İran

İran Hərbi Dəniz Qüvvələri Barbados bayrağı altında üzən "Ocean Koi" tankerini "neft ixrac etmək cəhdinə" görə saxlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.

Məlumata görə, həmin gəmi vasitəsilə neft daşınması "İran xalqının maraqlarına xələl gətirə" bilərdi. Qeyd olunur ki, saxlanıldıqdan sonra tanker İslam Respublikasının cənub sahillərinə tərəf yönləndirilib. Press TV telekanalının dəqiqləşdirməsinə əsasən, gəmi Oman körfəzində saxlanılıb.

Məryəm Quliyeva

Seçilən
27
xalqcebhesi.az

1Mənbələr