Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya liderlərinə, eləcə də Gürcüstan və Moldova xalqlarına təbrik məktubları göndərib.
Ölkə.az xəbər verir ki, bununla bağlı müraciət Rusiya Prezidentinin saytında dərc edilib.
Rusiya Prezidenti vurğulayıb ki, bu gün biz saysız-hesabsız qurbanlar, çətinliklər bahasına cəbhədə çiyin-çiyinə vuruşan, arxa cəbhədə çalışan, nasist işğalçıları üzərində çoxdan gözlənilən qələbəni yaxınlaşdıran atalarımıza və babalarımıza minnətdarlığımızı və hörmətimizi bildiririk.
Putin xarici ölkələrin liderlərinə və vətəndaşlarına təbrik məktublarında Böyük Vətən Müharibəsi veteranlarına, arxa cəbhə işçilərinə səmimi təbriklərini və səmimi minnətdarlıqlarını çatdırıb, onlara möhkəm cansağlığı, dözümlülük və uzun ömür arzulayıb.
Mürtəza