AZ

Saç yuyarkən etdiyiniz bu səhvlər saçları məhv edir

Dermatoloq Leyre Barrutia bildirib ki, bir çox insan saçlarını yuyarkən iki ümumi səhv edir.

Ölkə.az xəbər verir ki, həkim bu barədə "El Confidencial" ilə söhbətində danışıb.

Birinci səhv şampun və kondisionerin düzgün tətbiq olunmamasıdır. Dermatoloq qeyd edib ki, bəzi insanlar şampunu yalnız baş dərisinə deyil, bütün saçlara çəkirlər. Barrutianın sözlərinə görə, bu vərdiş saçların susuzlaşmasına və daha çox qabarmasına səbəb ola bilər. Həkim bildirib ki, saç uclarını təmizləmək üçün yaxalama zamanı aşağı axan köpük kifayətdir.

Kondisioner və maskalar isə əksinə, yalnız saç uclarına çəkilməlidir. Əks halda baş dərisində yağ ifrazı arta bilər ki, bu da seboreyalı dermatitin yaranmasına səbəb ola bilər.

Mütəxəssis ikinci səhv kimi çox isti sudan istifadəni göstərib. Onun sözlərinə görə, isti su saçların zədələnməsinə gətirib çıxarır.

Həmidə İbrahimova

Seçilən
19
1
olke.az

2Mənbələr