ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Meksikanın Sinaloa ştatında faciəli yanğın baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Los Moçisdəki “Plaza Fiesta Las Palmas” ticarət mərkəzində yerli vaxtla 14:30 radələrində naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və tibbi qruplar göndərilib və yanğın saat 16:50-də nəzarət altına alınıb.
İlkin məlumatlara görə, ən azı 5 nəfər ölüb, 12 nəfər yaralanıb.
Hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini, bəzi insanların xəstəxanalara təkbaşına müraciət etdiyini bildirib və ölənlərin sayının arta biləcəyini əlavə edib.
İbrahim Cəfərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.