AZ

Allahşükür Paşazadə İstanbulda Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edəcək

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək.Newscenter.az xəbər verir ki, məqsəd "Mərmərə Qrupu" Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə mayın 11-13-də İstanbulda keçiriləcək XXIX Avrasiya İqtisadi Zirvə toplantısında iştirakdır.Toplantının builki mövzusu "Qlobal məsuliyyət - müharibədən sonra dünya, yeni güc balansları, ortaq gələcək axtarışı, su ilə yaşıllığın tükəndiyi bir planetdə yaşam"dır.A.Paşazadə Zirvə görüşündə çıxış edəcək, tədbir çərçivəsində görüşlər keçirəcək.Anar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
13
newscenter.az

10Mənbələr