ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
“Məlum olduğu kimi, yaxın 2-3 ay ərzində həm dövlət, həm özəl sektorda çalışan şəxslər maaşlarını istədikləri bankdan ala biləcəkləri bildirilib. Bu proses muzdlu çalışanların həm büdcələrinə, həm də vaxtlarına qənaət etməsinə imkan yaradacaq».
Bunu iqtisadçı ekspert Eyyub Kərimli 525.az-a deyib. İqtisadçı biıdirib ki, əvvəlki qaydalara əsasən əməkdaşlar maaş kartını yalnız müəssisənin əməkdaşlıq etdiyi bankdan əldə edə bilirdilərsə, indi seçim sərbəst olacaq. Əməkdaşlar özlərinə yaxın və ya daha uyğun hesab etdikləri bankda kart açaraq maaşlarını həmin hesaba köçürə biləcəklər:
“Bu dəyişiklik işçilərin vaxt və xərclərini daha səmərəli idarə etməsinə şərait yaradacaq”.
Sevinc Qarayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.