AZ

Bunu Pakistanın xahişi ilə etdik

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı üçün nəzərdə tutulan “Azadlıq Layihəsi”nin dayandırılmasının səbəbi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Tramp müxbirin “Layihə niyə dayandırıldı?” sualına “Çünki Pakistandakı gözəl rəhbərlik bizdən bunu etməməyimizi istədi” cavabını verib.

Qeyd edək ki, bundan əvvəl “NBC News”telekanalı layihənin dayandırılmasının əsas səbəbi kimi Səudiyyə Ərəbistanının ABŞ hərbi qüvvələrinin əməliyyatda istifadə edə biləcəyi hava məkanı və bazalara çıxışı məhdudlaşdırmasını göstərmişdi.

Seçilən
13
1
publika.az

2Mənbələr