AZ

ABB Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) Orta Asiya və Afrika ölkələrində maliyyə təşkilatlarına investisiya edə bilər.

ABB Özbəkistan bankına 100 milyon dollar yatırım edəcək

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.

O bildirib ki, artıq bank bununla bağlı ölkələrin qısa siyahısını müəyyən edib.

“ABB-nin investisiya üzrə inkişaf strategiyası təkcə bank sektoruna yatırımla bağlı deyil. Orta Asiya və Afrika ölkələrində ödəniş təşkilatlarına, fintexlərə və digər maliyyə təşkilatlarına yatırım edə bilərik. Amma hələlik bununla bağlı konkret planımız yoxdur”, - deyə sədr əlavə edib.

Seçilən
12
4
fed.az

5Mənbələr