AZ

Qafqazda “Avropa günləri” – Bakı və İrəvanın uduşu

İrəvanda kifayət qədər rezonans doğuran, eyni zamanda, siyasi intriqa daşıyan beynəlxalq tədbir – Avropa Siyasi Birliyinin 8-ci sammiti başa çatdı. Bundan əlavə, ertəsi gün Ermənistanla Avropa İttifaqı arasında yeni bir sənəd-bəyannamə imzalandı. Gözlənildiyi kimi, hər iki hadisə ən çox Rusiyada güclü qıcıq doğurdu.

Odur ki, bir sual öz aktuallığını saxlayır: Güney Qafqazda kritik “Avropa günləri”nin Ermənistan üçün, region üçün əsas yekunu nədən ibarətdir? 4-5 maydan sonra bölgəmizdə sülh və sabitlik üçün əsaslar çoxaldımı? Yoxsa əksinə, qarşıdurma ehtimalı gücləndi? Bu təsirləri nə vaxt hiss edəcəyik? Paşinyan partiyasının seçkilər ərəfəsində mövqeyi necə, gücləndimi?

Ermənistan

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli hesab edir ki, bölgədə gərginlik davam edəcək. Onun fikrincə, buna səbəb Rusiya və Avropa İttifaqı arasında region uğrunda mübarizədir: "Makronun İrəvana gəlişi və açıq dəstək kampaniyası Moskvaya bir demarş idi. Fransa açıq tezislə ifadə etdi ki, rus hərbçilərini Ermənistandan çıxarmağa kömək etmək lazımdır. Bu baxımdan, Ermənistanın Avropaya yaxınlaşmaq istəyi bir yandan doğru seçim kimi görünsə də, digər tərəfdən Rusiyanı qəzəbləndirən addımlardır. Dünəndən Rusiya prezidentinin köməkçisi Uşakov, Lavrovun sözçüsü Zaxarova, Duma üzvləri, Simonyan və başqa Kreml təbliğatçıları Paşinyan hakiniyyətinə hibrid savaş elan edib”.

Onun sözlərinə görə, Moskva həm Zelenskinin İrəvanda çıxışına şərait yaradılmasına, həm Avropa İttifaqının nümayişkaranə hərəkətlərinə hiddətlidir: “Bu da istər-istəməz Cənubi Qafqazda 9 aydır davam edən kövrək sülh prosesinə risklər yaradır".

Wednesday

S.Əsədli qarşıdakı dövrdə gərginliyin artacağını gözləyir. Onun qənaətinə görə, bu da bölgədə lokal eskalasiya riskləri yarada bilər. Lakin VHP funksioneri hesab edir ki, Paşinyanın partiyasının parlament seçkilərində qələbəsi sonradan sülh prosesini müsbət məcrada sürətləndirəcək: "Hazırda Bakı və İrəvan çalışır ki, mövcud sülh quruculuğuna kənar təsir olmasın. Bunun üçün tərəflər addımlarını sürətləndirməlidirlər ki, üçüncü qüvvə müdaxilə edə bilməsin. Hər halda, Qərblə Rusiyanın strateji qarşıdurması açıq şəkildə görünməkdədir. Sülhə təhdid yalnız bu rəqabət ola bilər, yəni Azərbaycanla Ermənistanın öz aralarında həll edə bilməyəcəyi məsələ yoxdur".

Emil Salamoğlu
Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr