AZ

"Neftçi"nin 3x3 basketbol komandası Dünya Seriyasının yarımfinalında

Bakı, 8 may, AZƏRTAC

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada təşkil olunan Dünya Seriyasında yarımfinala vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi 1/4 finalda Monqolustan millisini mübarizədən kənarlaşdırıb. Görüş komandamızın 21:11 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Neftçi" yarımfinalda ABŞ - "Ulan-Bator Amazons" (Monqolustan) cütünün qalibi ilə qarşılaşacaq.

Seçilən
24
azertag.az

1Mənbələr