İndoneziyada Dukono vulkanının püskürməsi zamanı 20 turist itkin düşüb.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, hadisə Halmahera adasında qeydə alınıb. Məlumata görə, itkin düşənlər arasında 9 Sinqapur vətəndaşı da var.
Hazırda bölgədə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır. Yerli hakimiyyət vulkan kraterinə 4 kilometrə qədər yaxınlaşmağın qadağan olunduğunu bir daha xatırladıb.
Mütəxəssislər yağışların vulkanik palçıq axınlarına səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.