AZ

Mətləb Muxtarovun filmi beynəlxalq mükafata layiq görüldü

Azərbaycanlı rejissor Mətləb Muxtarovun "Palaces of Memory" adlı qısa sənədli filmi ABŞ-da beynəlxalq uğura imza atıb.

Kulis.az xəbər verir ki, ekran əsəri Los-Anceles şəhərində keçirilən və regionun ən vacib kino hadisələrindən sayılan Cənub-Şərqi Avropa Film Festivalında (SEEfest - South East European Film Festival) iştirak edib.

2026-cı ildə təşkil olunan festivalın yekun nəticələrinə əsasən, Azərbaycan istehsalı olan bu film qısa sənədli filmlər kateqoriyasında "Honorable Mention" mükafatına layiq görülüb.

Seçilən
11
2
kulis.az

3Mənbələr