AZ

Mətanət İsgəndərlinin bacısının evindən 16 min manat oğurlandı

Mətanət İsgəndərlinin bacısının evindən 16 min manat oğurlandı

Əməkdar artist Mətanət İsgəndərlinin bacısı, müğənni Sədaqət İsgəndərlinin evi qarət olunub.

AFN.az xəbər verir ki, bu barədə Mətanət İsgəndərli “Xəzər TV”də yayımlanan proqramların birində qonaq olarkən məlumat verib.

Sənətçi bildirib ki, bacısının evindən 16 min manat məbləğində pul oğurlanıb. Hadisə ilə bağlı artıq hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib.

“Məsələ ilə bağlı polisə müraciət olunub, hazırda araşdırma aparılır. Ümid edirik ki, qısa zamanda günahkarlar tapılacaq”, - deyə Əməkdar artist qeyd edib.

Qeyd edək ki, Sədaqət İsgəndərli də bacısı kimi musiqi sahəsində fəaliyyət göstərir.

Seçilən
4
afn.az

1Mənbələr