AZ

Arif Rəhimzadə: “Ramiz Mehdiyevi yaddan çıxarmaq söhbəti yoxdur, lazım gələndə...”

Prezident Adiministrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasından hələ də çıxarılmaması məsələsi yenidən gündəmə gətirilib. YAP İdarə Heyətinin 12 mart tarixində keçirilən iclasından sonra Mehdiyevlə bağlı qərarın uzadılması müzakirə mövzusudur.

 

Pravda.az bununla bağlı Partiyanın Veteranlar Şurasının sədri, Milli Məclis sədrinin keçmiş birinci müavini Arif Rəhimzadəyə suallar ünvanlayıb.

 

A.Rəhimzadə saytımızın suallarına qısa cavab verib: “Ramiz Mehdiyevi yaddan çıxarmaq söhbəti yoxdur! Məsələ öyrənilir və lazım gələndə müvafiq qərar qəbul olunacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 8 May 2026, 12:37   
Seçilən
15
4
pravda.az

5Mənbələr