AZ

Kiçik sahibkarlara verilən kreditlərin həcmi 1.7 mlrd. manatı ötüb

Banco.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi 2026-cı il aprel ayının 1-i tarixinə 16 milyard 214.8 milyon manat təşkil edib.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 1% çoxdur. 

Hesabata görə, cəmi biznes kreditləri portfelinin 877.1 mln. manatı və ya 2.9%-i qeyri-işlək kreditlər olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 8 mlrd. 514.3 mln. manatı iri sahibkarlığa, 2 mlrd. 292.8 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 731.8 mln. manatı kiçik sahibkarlığa, 3 mlrd. 675.9 mln. manatı isə mikro sahibkarlığa verilib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
banco.az

2Mənbələr