AZ

“Le Monde”: Fransada Mask və “X”ə qarşı cinayət işi açılıb

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

"Paris prokurorluğu sosial şəbəkə “X”in ana şirkəti, onun sahibi Mask və keçmiş baş direktoru Linda Yakkarinoya qarşı cinayət işi açıb"

Paris prokurorluğu amerikalı sahibkar İlon Mask, onun şirkəti “X” və sosial şəbəkənin keçmiş baş direktoru Linda Yakkarinoya qarşı cinayət işi açıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Le Monde” mənbələrə istinadən məlumat yayıb.

"Paris prokurorluğu sosial şəbəkə “X”in ana şirkəti, onun sahibi Mask və keçmiş baş direktoru Linda Yakkarinoya qarşı cinayət işi açıb", - deyə bildirilib.

Qəzetin məlumatına görə, istintaq Maskın 20 apreldə könüllü görüşə gəlməməsindən iki həftə sonra, 6 mayda başlayıb. Amerika şirkətinin təxminən 10 rəhbərinin məhkəməyə çağırış vərəqələri də göndərilib.

Qeyd olunub ki, sosial şəbəkə “X” əvvəllər alqoritmini təhvil vermək üçün məhkəmə qərarına əməl etməkdən imtina edib. Fevral ayında şirkət ilkin istintaqın Fransa qanunlarını pozduğunu, lazımi prosesi pozduğunu və söz azadlığını təhdid etdiyini bildirib.

İlkin istintaq iki mümkün cinayətlə bağlıdır: Fransada ictimai müzakirələrə təsir göstərmək üçün alqoritmin qəsdən manipulyasiyası və həssas istifadəçi məlumatlarının hədəf reklam üçün qanunsuz istifadəsi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
ayna.az

1Mənbələr