ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 8 may, AZƏRTAC
Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 12 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir. Yanvar-aprel ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 12 milyon 181,8 min manat təşkil edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.