AZ

Ukrayna Rusiyanın aeronaviqasiya binasını vurdu: 13 hava limanının fəaliyyəti dayandırıldı – VİDEO

Ukrayna ordusu Rusiyanın Rostov bölgəsində “Cənubi Rusiyanın Aeronaviqasiyası” filialının inzibati binasına PUA zərbələri endirib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Rusiyanın cənubunda 13 hava limanının fəaliyyəti dayandırılıb.

“Həştərxan, Vladiqafqaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista hava limanlarının fəaliyyəti dayandırılıb”, – deyə nazirlikdən bildirilib.

Xəbərdə bildirilir ki, “Cənubi Rusiyanın Aeronaviqasiyası” filialının heyəti təhlükəsizlikdədir, avadanlığın işləmə qabiliyyətinin təhlili aparılır.

Daha əvvəl Rostov vilayətinin qubernatoru Yuri Slyusar gecə saatlarında bölgənin PUA-lar və raketlərlə hücuma məruz qaldığını bildirmişdi.

Seçilən
2
editor.az

1Mənbələr