İngiltərənin "Brayton" klubu baş məşqçisi Fabian Hürtselerlə müqavilənin müddətini uzadıb.
"Far.Az" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi məlumat yayıb.
Mütəxəssisin yeni sözləşməsi 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Xatırladaq ki, Fabian Hürtseler 2024-cü ildən bu klubda işləyir. Komanda onun rəhbərliyi altında 85 görüşdə 37 qələbə, 24 heç-heçə, 24 məğlubiyyətlə yadda qalıb.