AZ

ABB sədri: “BTB Bank”dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon manata çatıb

“BTB Bank”dan ABB-yə ötürülən aktivlərin həcmi 295 mln. manata çatıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.

O bildirib ki, ötürülən portfelin böyük hissəsi kredit portfeli ilə bağlıdır. Kredit portfelinin böyük hissəsi, yəni 70%-i və ya 80 mln. manatdan çox hissəsi ipoteka kreditləri ilə bağlıdır.

Sədr qeyd edib ki, portfelin böyük hissəsinin ötürülməsi yekunlaşıb. Müəyyən hissənin ötürülməsində isə dövlət fondları ilə bağlı proseslərdən qaynaqlanan gecikmələr var.

Abbas İbrahimov əlavə edib ki, ümumilikdə 13 min müştəri ilə bağlı 20 min əqd var.

Seçilən
12
4
fed.az

5Mənbələr