AZ

Qardaş ölkədə TƏHLÜKƏ - Genişmiqyaslı karantin elan edildi - FOTOLAR

Türkiyənin Aydın vilayətində heyvanlar arasında dabaq xəstəliyinin aşkarlanması səbəbindən genişmiqyaslı karantin tədbirləri tətbiq olunub.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün Yenipazar və Çine rayonlarında ümumilikdə 17 məhəllə nəzarətə götürülüb.

Məlumata görə, ilk yoluxma halı Yenipazar rayonunun Hacıköseler məhəlləsində qeydə alınıb. Bundan sonra ətraf yaşayış məntəqələrində də təcili tədbirlər görülüb və bölgədə heyvanların hərəkəti tam məhdudlaşdırılıb.

Qərara əsasən, karantin müddətində həmin ərazilərə heyvan giriş-çıxışı, eləcə də bütün alqı-satqı əməliyyatları qadağan edilib. Yerli Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları hazırda bölgədə monitorinq və dezinfeksiya işlərini davam etdirirlər.

Mütəxəssislər bildirirlər ki, şap xəstəliyi əsasən iri və xırdabuynuzlu heyvanlar arasında sürətlə yayılan virus infeksiyasıdır və vaxtında nəzarət tədbirləri görülmədikdə böyük iqtisadi zərərə səbəb ola bilər.

Musavat.com 

Seçilən
26
musavat.com

1Mənbələr